Kosmik hava durumu: Günəş fəallığı çox aşağı səviyyədə olub

Maraqlı 9 Dekabr 2019 12:40 Oxunub 1149
Kosmik hava durumu: Günəş fəallığı çox aşağı səviyyədə olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3)

Kosmik hava durumu və proqnozu açıqlanıb. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Avtosfer.az-a verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/san-dək olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (09 - 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 - 11 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 - 11 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (09 - 11 dekabr) əsasən də birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində mənfi qütblülüyə malik olan geoeffektiv CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına nisbətən artma proqnozlaşdırılır.

Proqnoz dövründə (09 - 11 dekabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 09 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh