Avtosfer.az-ın təqdim etdiyi müsabiqənin qalibi bəlli oldu - FOTO

Öyrənək 9 Dekabr 2019 13:10 Oxunub 2301
Avtosfer.az-ın təqdim etdiyi müsabiqənin  qalibi bəlli oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir.
Sual belədir: Gördüyünüz fotoda sürücü, yolun kənarında dayanmış adamı mindirmək istəyir. Yolun sağ tərəfində isə durmanı qadağan edən nişan və altında 50 metr boyunca nişanın qüvvədə olmasını bildirən lövhəcik quraşdırılıb. Belə vəziyyətdə sürücü avtomobili saxlayaraq adamı mindirə bilər?

Sualın doğru cavabı belədir: "Şəkildə gördüyünüz 3.28 durmaq qadağandır nişanı 50 metr boyunca qüvvədədir. Lakin həmin nişanın təsir sahəsində adam mindirib-düşürmək qaydalar çərçivəsində olacaqdır. Adam mindirib-düşürmək və ya yük vurub yük boşaltmaq durmaq hesab edilmir.

Sualın ilk düzgün və izahlı cavabını verən Abuzərli Müşviq adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh