Vağzalda polis əməkdaşı bıçaqlanıb

Gündəm 9 Dekabr 2019 13:20 Oxunub 745
Vağzalda polis əməkdaşı bıçaqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hücum çəkən şəxs isə saxlanılıb

Almaniyanın Münhen vağzalında polis əməkdaşı bıçaqla hücuma məruz qalıb. Avtosfer.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları “Twitter” səhifəsindən məlumat yayıb.

Məlumata görə, polis əməkdaşı vağzalın binasında növbədə olarkən, yerli saatla təxminən 06.30-da ona arxadan cavan şəxs yaxınlaşaraq bıçaq zərbəsi endirib. Nəticədə asayiş keşikçisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Şübhəli isə saxlanılıb.

Aparılan araşdırma zamanı, hücum çəkən şəxsin 23 yaşlarında Almaniya vətəndaşı olduğu və Münhendə yaşadığı məlum olub.

Hadisənin motivləri barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh