“PAZ” avtomobillə toqquşdu: 1 nəfər yanaraq öldü - FOTO

Qəzalar 9 Dekabr 2019 15:12 Oxunub 991
“PAZ” avtomobillə toqquşdu: 1 nəfər yanaraq öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən qəzanın təfərrüatları araşdırılır

Rusiyanın Penza əyalətində avtobusun və minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Kotel kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını “PAZ” markalı avtobusla toqquşub. Zərbənin şiddətindən minik avtomobilində yanğın başlayıb. Nəticədə maşında sərnişin qismində olan uşaq yanaraq hadisə yerində dünyasını dəyişib, qadın isə xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən qəzanın təfərrüatları araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh