Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkarlandı - FOTO

Gündəm 9 Dekabr 2019 13:50 Oxunub 620
Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkarlandı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

DGK-dan Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobilin arxa və ön qaplarının içərisində ümumilikdə 30120 ədəd üzərlərində "Petards" və "Mega" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh