Sürücünün pozmadığı qayda qalmadı- 50 DP 944 - VİDEO

Avtosfer TV 9 Dekabr 2019 14:20 Oxunub 1453
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzalar məhz bu cür tələskənliyə görə baş verir

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüsünü oxuculardan biri redaksiyamıza göndərib. Avtosfer.az xəbər verir ki, dekabrın 5-də paytaxtın Mikayıl Əliyev küçəsində hərəkətdə olan 50-DP-944 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü, təhlükəsizlik adacığına çıxaraq dairəyə daxil olan sürücünün qəfil qarşısına keçib. Bundan sonra o, lüzumsuz yerə zolaqları dəyişərək manevr qaydasını pozub. Sürücü daha sonra əks istiqamətə çıxaraq qarşıdakı növbəti dairəyə daxil olub və dairə boyunca hərəkət edərkən qəfil manevrlərlə digər sürücüləri çaşdırıb. 

Videodan aydın şəkildə görünür ki, sürücü qaydaları pozub təhlükəli hərəkət etməklə vaxt qazana bilməyib. Qaydanı pozmayan sürücü ilə eyni vaxtda hərəkət edir. Qəzalar da məhz bu cür tələskənliyə görə baş verir. Sürücülər harasa tələsir və qaydaları pozaraq qəza törədirlər. Qaydaları pozmayan sürücülər isə vaxtında mənzil başına rahat və təhlükəsiz çatırlar.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh