"Azpetrol"un yanacaq daşıyan maşınından təhlükəli hərəkət - VİDEO

Avtosfer TV 9 Dekabr 2019 15:00 Oxunub 2518
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü manver və yolda yerləşmə qaydasını pozub

"Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan yük avtomobili sürücüsünün qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, dekabrın 8-də Bakı-Dairəvi yolunda hərəkət edən 99-JX-733 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü, həmin yolun orta zolağında olduğu üçün, sağ zolaqdakı avtomobil heç kimə mane olmadan sol zolağa yerdəyişmə edib. Bundan qəzəblənən yük avtomobilinin sürücüsü, işıq siqnalları ilə haqsız olaraq etirazını bildirib. Görüntünü qeydə alan sürücü məsələni aydınlaşdırmaq üçün sürətini azaldan zaman, yanacaq daşıyan yük avtomobilinin sürücüsü qəfildən sağ zolağa yerdəyişmə edərək təhlükə yaradıb. Bundan sonra yük avtomobilinin sürücüsü Yol Hərəkəti Haqqında Qanunun 49-cu maddəsinin tələbini pozaraq sağ zolaqla yox, orta zolaqla hərəkətini davam etdirib. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh