Avtomobil yolu keçmək istəyən 8 yaşlı qızı vurdu - VİDEO

Avtosfer TV 14 Dekabr 2019 01:05 Oxunub 5069
Avtomobil yolu keçmək istəyən 8 yaşlı qızı vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin şiddətində balaca qız bir neçə metrə havada uçaraq asfalta çırpılıb

Rusiyanın Stavropol əyalətində avtomobilin yolu keçən qızı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Pyatiqorsk şəhərinin Koçubeya küçəsində qeydə alınıb.

Kadrlarda, yolun piyada üçün müəyyən olmayan yerindən əvvəlcə qadının qaçaraq keçdiyi və sonra da arxasınca gələn qızının da yolu keçməsini gözlədiyi görülür.

Bunun ardınca isə 8 yaşlarındakı məktəbli yolu qaçaraq keçmək istəyir, ancaq, bu arada sürətlə hərəkətdə olan “Renault” markalı minik avtomobili ona çırpılır.

Zərbənin şiddətində balaca qız bir neçə metrə havada uçaraq asfalta çırpılır.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh