Qadının sərxoş vəziyyətdə idarə etdiyi avtomobil yandı, xəbəri belə olmadı – VİDEO

Avtosfer TV 10 Dekabr 2019 12:05 Oxunub 2285
Qadının sərxoş vəziyyətdə idarə etdiyi avtomobil yandı, xəbəri belə olmadı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücülər onu maşından güclə çıxardılar

Rusiyanın Moskva şəhərində sərxoş qadın sürücünün idarə etdiyi avtomobilin yanma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident dairəvi avtomobil yolunun 33-cü kilometrliyində qeydə alınıb.

Kadrlarda, hərəkətdə olan avtomobilin arxa hissəsindən yanğının baş verdiyi və ətrafdakı sürücülərin köməkliyi ilə böyüməsinin qarşısının alındığı görülür.

Yerli medianının məlumatına görə, qadın sürücü o qədər sərxoş olub ki, özü sərbəst şəkildə maşını tərk edə bilməyib. Qadın digər sürücülərin köməkliyi ilə salondan aşağı endirilib.

Daha sonra hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh