Sərnişin qatarı yük maşını ilə toqquşaraq aşdı: azı 1 ölü, 8 yaralı - FOTO

Qəzalar 9 Dekabr 2019 23:47 Oxunub 1193
Sərnişin qatarı yük maşını ilə toqquşaraq aşdı: azı 1 ölü, 8 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqatlara başlayıb

Pakistanda sərnişin qatarının və yük maşınının iştirakı ilə baş verən yol qəzasında azı 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ölkənin şimal-şərqində yerləşən Pəncab əyalətinin Sarqodha şəhərində qeydə alınıb.

Məlumata görə, Sarqodhadan-Lahor marşrutu ilə hərəkət olan qatar, eyni anda yolu keçmək istəyən yük maşını ilə toqquşub. Zərbənin təsirindən qatar relsdən çıxaraq aşıb.

Nəticədə köməkçi maşinist dünyasını dəyişib. Yaralılar “təcili tibbi yardım”ın maşınları ilə xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, yük maşınının sürücüsü qəzadan sonra qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh