Yol polisləri DYP maşınına su əvəzinə viski tökdülər - VİDEO

Yol polisi 9 Dekabr 2019 22:30 Oxunub 1466
Yol polisləri DYP maşınına su əvəzinə viski tökdülər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşlarından biri güclü alkoqol qoxusu gəldiyini söyləyir

Rusiya Federasiyasının yol polisi əməkdaşları DYP maşınına şüşə təmizləmək üçün maye əvəzinə “Jack Daniels” viskisi töküb.

“Vesti”nin məlumatına görə, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Polislərin danışığından belə anlaşılır ki, şüşəni təmizləmək üçün su bitib və onlar onun yerinə viski tökmək qərarına gəliblər.

“Mən onu Yeni il üçün saxlamaq istəyirdim, amma iş daha vacibdir”, - deyə polislərdən biri deyir. Sonra isə gülərək əlavə edir ki, DYP əməkdaşı kimi bunu özünə icazə verə bilər.

Avtomobildə pəncərə təmizləyici sistemi işə salındıqdan sonra yol polisi əməkdaşlarından biri güclü alkoqol qoxusu gəldiyini söyləyir.

Video ilə bağlı artıq RF DİN-də yoxlamalara başlanılıb.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh