Servis avtobusu minik avtomobilinə çırpıldı: 13 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 10 Dekabr 2019 11:05 Oxunub 1373
Servis avtobusu minik avtomobilinə çırpıldı: 13 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar

Türkiyənin Kayseri vilayətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Kayseri-Yozqat avtomagistralının 50-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, Yozqat istiqamətində hərəkətdə olan Özləm Qarahanın idarə etdiyi 06 BJA 602 qeydiyyat nömrə nişanlı minik maşınına, fabrika işçilərini daşıyan Semrah Yörenkin idarə etdiyi 38 D 4845 qeydiyyat nömrə nişanlı mikroavtobus arxadan çırpılıb.

Zərbənin şiddətindən iki nəqliyyat vasitəsi yol kənarına aşıb.

Nəticədə 13 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh