Bakıda 53 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Gündəm 10 Dekabr 2019 13:34 Oxunub 717
Bakıda 53 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə dekabrın 9-da paytaxtın Xəzər rayonu, Mərdəkan-Buzovna şossesində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eynulla Həmzəyevin idarə etdiyi “Qaz-3110” markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Tağıyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh