Masallıda avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Gündəm 10 Dekabr 2019 14:10 Oxunub 819
Masallıda avtomobil qaçıran keçmiş məhkum saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi axtarış zamanı ondan heroin götürülüb

Masallıda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-də saat 15 radələrində Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov avtomobillə birgə saxlanıllb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh