Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb

Qəzalar 10 Dekabr 2019 14:25 Oxunub 903
Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər

Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh