Qubada zəncirvari yol qəzası baş verib, avtomobillərə ziyan dəyib - FOTO

Qəzalar 10 Dekabr 2019 14:45 Oxunub 774
Qubada zəncirvari yol qəzası baş verib, avtomobillərə ziyan dəyib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobil yol kənarında dayanmış yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisədə xəsarət alan olmasa da, yük avtomobili və "VAZ-2107" markalı avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh