199 saylı marşruta hücum olub: sürücü döyülüb, avtobusun şüşəsi sındırılıb

Gündəm 10 Dekabr 2019 16:44 Oxunub 1126
199 saylı marşruta hücum olub: sürücü döyülüb, avtobusun şüşəsi sındırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən naməlum sürücü axtarılır

Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib. Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh