Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO

Gündəm 10 Dekabr 2019 18:15 Oxunub 1568
Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı zərərçəkən olmayıb

Sumqayıt şəhərində yol çöküb.

 

Söhbət şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsindən gedir.

 

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq dördüncü dəfədir baş verir. Daha əvvəl isə həmin küçədə çökən ərazidən bir neçə metr irəlidəki hissə çökmüşdü. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, bu, çökmənin qarşısını ala bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh