Bakıda qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gündəm 10 Dekabr 2019 20:05 Oxunub 1378
Bakıda qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazılıq iclası yaxın günlərdə keçiriləcək

Bakıda adam bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Elnur Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazılıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra dünyasını dəyişib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh