Sürücünün sükan arxasında ürəyi tutdu, qəza baş verdi - Lökbatanda

Qəzalar 10 Dekabr 2019 22:00 Oxunub 2472
Sürücünün sükan arxasında ürəyi tutdu, qəza baş verdi -  Lökbatanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı avtomobildə ondan başqa 2 sərnişin də olub

Bakıda sürücünün sükan arxasında ürəktutması qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Qəhrəman Babayevin ürəktutması nəticəsində idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Sürücünün sükan arxasında ürəktutmadan öldüyü məlum olub. Hadisə zamanı avtomobildə ondan başqa 2 sərnişin də olub. Onlar xəsarət almayıb.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh