Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı - VİDEO

Qəzalar 15 Dekabr 2019 13:00 Oxunub 2489
Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə daş bazarı yaxınlığında qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, ərazidə işıqlandırma zəif olduğu üçün “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 

Qeyd edək ki, görüntülərdə tələbələrin "Kamaz"ın kor nöqtəsinə düşdüyü əks olub. Çünki sürücü tələbələri vurduqddan sonra bir neçə metr də yoluna davam edir. Təbii ki, yük maşınlarında kor bucağa düşmək təhlükəlidir. Çünki həmin vaxt sürücü avtomobili, piyadanı görmür. Nəticədə qəza hadisələri baş verir. Odur ki, istər sürücülər, istərsə də piyadalar bu vəziyyətlərdə xüsusilə diqqətli olmalıdırlar.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh