Bakıda avtomobil qaçıran şəxs Ağdaşda saxlanılıb

Gündəm 11 Dekabr 2019 13:05 Oxunub 792
Bakıda avtomobil qaçıran şəxs Ağdaşda saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda avtomobil qaçıran şəxs Ağdaş rayonunda saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh