Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Gündəm 11 Dekabr 2019 13:20 Oxunub 866
Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn sərnişin Gulnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub.

Gömrük baxışı zamanı həqiqətən də həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh