Dünya kubokunun qalibi oldu - FOTO

Gündəm 11 Dekabr 2019 13:50 Oxunub 1212
Dünya kubokunun qalibi oldu  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiyada keçirilən dünya kuboku yarışında gümüş medal qazanıb

Noyabrın 29-dan dekabrın 2-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib. Bu yarışda bir çox ölkədən idmançılar mübarizəyə qatılıb. Milli komandamızın təcrübəli idmançıları arasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı Ruslan Zeynalov da uğurla çıxış edib.
Çəkisi 75 kiloqramadək olan idmançıların mübarizəsində bütün qarşılaşmaları öz xeyrinə başa çatdıraraq, həlledici döyüşə vəsiqə qazanıb. Yarımfial və final döyüşlərində rusiyalı və iranlı rəqiblərini tam üstünlüklə məğlub edərək Dunya Kubokunun sahibi olub.
Qeyd edək ki, polis serjantı Ruslan Zeynalov kikboksinq üzrə keçirilən beynəlxalq dərəcəli yarışlarda medallara, kuboklara layiq görülüb. Ötən il Rusiyada keçirilən dünya kuboku yarışında gümüş medal qazanıb. Həmçinin karate döyüş növü üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə karate, sambo, uşu sanda və polis çoxnövçülüyü üzrə DİN biriciliklərində iştirak edib, bir çox uğurlara imza atıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh