Ekskavatorla akrobatik hərəkətlər edən sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO

Gündəm 11 Dekabr 2019 14:40 Oxunub 905
Ekskavatorla akrobatik hərəkətlər edən sürücü təhlükəli vəziyyət yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
108 lirə (təx.31 AZN) cərimə olunub və onun sürücülük vəsiqəsi əlindən alınıb

Türkiyənin İstanbul şəhərində sürücü ekskavatorla akrobatik hərəkətlər edərək sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

DHA-nın xəbərinə görə, Avcılar ərazisində yeraltı fiber naqilləri dəyişmək üçün cəlb olunan ekskavator sürücüsü Əhməd Turan Ç. qaydanı pozduğu üçün 108 lirə (təx.31 AZN) cərimə olunub və onun sürücülük vəsiqəsi əlindən alınıb.

Bundan əlavə, məsələ ilə bağlı “nəqliyyat vasitələrini insanlara və əmlaka təhlükə yaradan şəkildə istifadə etmək” ittihamı ilə istintaq başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh