Sürücülər bu küçədə bazar açıb: BNA-nın diqqətinə - FOTO

Xəbərlər 11 Dekabr 2019 17:25 Oxunub 1720
Sürücülər bu küçədə bazar açıb:  BNA-nın diqqətinə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidləri zəbt edilib

Bakıda parklanma qaydasını kütləvi şəkildə pozan sürücülər barəsində bir neçə oxucu redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsində (Azərbaycan Universitetinin yanında) sürücülər avtomobillərini harada gəldi qanunsuz olaraq park edirlər. Bu isə həm sürücülərə, həm də piyadalara maneçilik törədir. Hətta bəzi avtomobillərin piyada keçidinin eni boyunca parklandığının da şahidi olmaq olur. Həmin ərazidən çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Ümid edirik ki, bu məsələ ilə bağlı BNA-nın əməkdaşları həmin ərazini nəzarətə götürərək  sürücülər barədə ciddi tədbirlər görəcək.

 

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh