Lüis Hemilton motosikletlə qəza törədib

Qəzalar 11 Dekabr 2019 18:50 Oxunub 793
Lüis Hemilton motosikletlə qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində onun özü sağ-salamat qalıb

"Mercedes"də çıxış edən "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton "Yamaha" markalı motosikleti əzib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, motosiklet 7 qat dünya çempionu Valentino Rossiyə məxsus olub. Hemilton və Rossi İspaniyanın Valensiya şəhərindəki avtodromda reklam tədbiri zaman nəqliyyat vasitələrini müvəqqəti dəyişdiriblər. Britaniyalı pilot Rossinin motosikleti ilə qəza törədib. Hadisə nəticəsində onun özü sağ-salamat qalıb.

Qeyd edək ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub. Valentino Rossi isə sonuncu çempionluğunu 10 il əvvəl əldə edib. Rossi bu il MotoGP-də cəmi 2 dəfə podiuma çıxıb və yekunda 7-ci yerlə kifayətlənib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh