İlk avtomobil neсə peyda olub - FOTO

Maraqlı 13 Dekabr 2019 09:30 Oxunub 2136
İlk avtomobil neсə peyda olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İvan Kulibin buxar mühərriki və pedalla təchiz olunmuş fayton hazırlayıb

Bu hadisə 120 il bundan əvvəl baş verib. Buxar mühərrikli ilk qurğular hələ 17-ci əsrdə meydana çıxmağa başlayıb. Lakin onlar yavaş hərəkət edir, güclü səs çıxarır, həmçinin çoxlu tustu buraxırdı.

1769-cu ildə fransız Nikola-Jozef Kyunyo özünün “buxar arabası” adlanan ixtirasını təqdim edir. Ölçüsü 60 santimetr olan “araba” buxarla işləyirdi. Onun maksimal sürəti saatda 3,6 kilometr, yanacaq ehtiyatı isə cəmi 15 dəqiqəlik hərəkət üçün bəs edəcək qədər idi. Bu qurğunun topları daşımaq üçün vasitə kimi istifadə olunması nəzərdə tutulsa da ö, özünü doğrulda bilmədi.

1791-ci ildə rusiyalı ixtiraçı İvan Kulibin buxar mühərriki və pedalla təchiz olunmuş fayton hazırlayır. Bu qurğu, həmçinin sürət qutusu, podşipnik, tormoz, nazimçarx və üç təkərə malik idi. Lakin onun ixtirası hökumət tərəfindən dəstəklənmir.

18 əsrin 90-cı illərinin sonlarında amerikalı tədqiqatçı Evans “Oraktur Amfibilos” adlı buxar arabası hazırlayır. Onun arabası həm quruda, həm də, suda hərəkət etməyə imkan verirdi. Bu kəşfə dünyada ilk dəfə olaraq avtomobil üçün patent verilib.

Avtomobillərin inkişafına buxar mühərriki ilə nail olunmayacağı aydınlaşan kimi alimlər öz qüvvələrini elektrik enerjisi ilə işləyən mühərriklərin inkişafına yönəldir.

Macar ixtiraçı Yedlik Anoş 1828-ci ildə dünyada ilk dəfə olaraq özünün miniatür avtomobil modeli üçün elektrik mühərriki ixtira edir.

1885-ci ildə almaniyalı tədqiqatçılar Qotlib Daymler və Karl Bens dünyada ilk dəfə olaraq daxili yanma mühərriki hazırlayır və həmin andan etibarən maşınqayırma erası başlayır. Karl Bensin üçtəkərli qurğusu (1886-cı il) dünyada sənaye istehsalına başlanan ilk avtomobil olur. 1890-cı ildə maşının istehsalı zamanı ona işlək həcmi 1,7 litr olan daha güclü mühərrik, həmçinin iki pilləli sürət qutusu quraşdırılır. Sonradan Karl Bens özünün şəxsi biznesini qurur.

“Benz” avtomobil kompaniyasının əsası 1883-cü ilin dekabr ayında qoyulub. Kompaniya üç il sonra ilk 4 təkərli avtomobillərin istehsalına başlayıb.

1901-ci ilin baharında kompaniya Avstriya-Macarıstanın vitse-səfiri və Avropanın məşhur sahibkarı Emil Jelinekdən sifariş qəbul edir. Çox keçmədən avtomobil hazır olur və “Emile Jelinek-Mercedes” adını alır. Beləliklə də, sahibkarın qızının şərəfinə adlandırılan və dünyaca məşhur olan “Mercedes” avtomobil markası meydana gəlir. 1902-ci ildə “Mercedes” adı ticarət markası kimi qeydiyyata salınır.

Daymlerin və Bensin zavodlarının birləşməsindən sonra XX əsrin 20-ci illərində istehsal olunan yeni avtomobillər “Mercedes-Benz” adlanmağa başlanır. “Mercedes-Benz” markalı maşınlar hər zaman nüfuzlu, etibarlı və keyfiyyətli avtomobillər sayılıb. Hazırda “Mercedes-Benz” kompaniyası dünyada aparıcı avtomobil istehsalçılarından biridir.

Sonradan İngiltərə və Fransada müasir avtomobillərin prototipləri yaradılıb. Hazırda bunlar “Ford”, “Rolls-Royce”, “Peugeot”, “Bentley” kimi dünyaca məşhur olan avtomobil markalarıdır.

Müasir dünyamızda avtomobil bir çox hallarda insanın həyatını asanlaşdırır. İnsan avtomobilsiz müasir həyatın inkişaf etdiyi ritmlə ayaqlaşa bilməz. Əgər hava pisdirsə, yağış yağırsa və ya güclü külək əsirsə avtomobil əvəzolunmazdır. Belə şəraitdə şəxsi nəqliyyat vasitəsi olmadan insan sadəcə evdən çıxmaq istəmir.

Buna görə də, iri şəhərlərin sakinləri şəxsi avtomobil yüksək qiymətləndirir. Axı avtomobil onlara vaxtlarına qənaət etməyə imkan verir! Həyatın müasir ritmi avtomobili sadəcə əvəzolunmaz nəqliyyat vasitəsinə çevirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh