Polis vətəndaşın yanında olduğunu bir daha sübut etdi - VİDEO

Yol polisi 11 Dekabr 2019 21:45 Oxunub 1154
Polis vətəndaşın yanında olduğunu bir daha sübut etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizim üçün polislərimiz bizim qəhrəmanlarımızdır!

Dünən Bakı-Sumqayıt yolunda “Eurohome” Ticarət Mərkəzi yandı. Gün ərzində ərazid Fövqaladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları xidmət apardılar. Amma diqqətçənək bir məqam var idi. Polisin fədakarcasına davranışı. Bəlkə də bəziləri bunu mübaliğə olaraq qəbul edəcək. Amma istər sosial şəbəkələrdə yayılan görüntülərdə, istərsə də vətəndaşların mövqeyində bir məsələ fokus nöqtə idi. Polis vətəndaşlara hərtərəfli kömək etdi. Bəziləri bu yerdə “vəzifə borcudur etməlidir” fikrini də irəli sürə bilər. Amma insafla yanaşsaq polisin ağır boya qablarını daşımaq, yaxud qapını qucağına alıb çıxartmaq, yanğının içinə girib, özünü təhlükəyə ataraq onsuz da ziyana düşmüş vətəndaşın az da olsa zərərinin azalmasına yardım etmək vəzifə borcu deyil. Amma istər polis əməkdaşları, istərsə də yol polisləri gün ərzində fədakarcasına xidmət apardılar. Kardlarda sanki öz malı yanırmış kimi vətəndaşlarla çiyin-çiyinə boya qabları, müxtəlif inşaat materialları daşıyan, o cümlədən yanan avtomobili qucağına alın hadisə yerindən uzaqlaşdırmaq, həmçinin yolda hərəkətin bərpası üçün çalışmaq öz əksini tapır. Bu mənzərənin bir adı var. HƏMRƏYLİK, BİRLİK!

Əlbəttə burada sadə vətəndaşların da rolu az deyildi. Amma formada olan polisin elə sadə vətəndaşlar kimi qolunu çırmalaması, istənilən an vətəndaşın ən çətin günündə yanında olduğunu nümayiş etdirməsi bir daha inamın göstəricisidir.

P.S. Bir neçə il əvvəl yanan binadan qucağında uşaq çıxardan polisin fotosu dünya mətbuatının manşetinə çevrilmişdi. Bu dəfə də analoji hadisələr oldu. Hansısa qərb ölkəsində bunun yüzdə birini edən polis olsa təbii ki, qəhraman elan olunur. Bizim üçün polislərimiz bizim qəhrəmanlarımızdır. Sizinlə fəxr edirik!

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh