“Gecə ovçusu” qəzaya uğradı: 2 nəfər ölüb

Qəzalar 12 Dekabr 2019 09:04 Oxunub 832
“Gecə ovçusu” qəzaya uğradı: 2 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident aerodromdan zolağından 2 kilometr aralıda qeydə alınıb

Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Gecə ovçusu” adlı “Mi-28” vertolyotu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Krasnodar əyalətində təlim-məşq uçuşu yerinə yetirən zaman baş verib.  

Məlumata görə, hava gəmisi ilə əlaqə Korenovskom və Platnirovsk rayonları arasında itib.

İlkin məlumata görə, göyərtədə 2 pilot olub, hər ikisi də dünyasını dəyişib.

Xilasedicilər cəsədlərdən birini kabinədən, digərini isə yerə atılmış vəziyyətdə aşkarlayıblar.  

İnsident aerodrom zolağından 2 kilometr aralıda qeydə alınıb.

Müvafiq qurumlar tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh