Dezodorant həvəskarı məktəb avtobusunda qalmaqal yaratdı

Gündəm 12 Dekabr 2019 09:45 Oxunub 640
Dezodorant həvəskarı məktəb avtobusunda qalmaqal yaratdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə hətta tibb işçiləri də gəlib, onlar şagirdləri müayinə ediblər

Dözülməz dezodorant qoxusu səbəbindən, orta məktəb şagirdləri avtobusdan təxliyə olunub. 

“ABC Action News” xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. 

Şagirdlərdən biri dezodorantı həddən çox vurduğuna görə, məktəb avtobusunda qalmaqal yaranıb. Qoxu dözülməz olduğundan sürücü avtobusu təxliyə etmək qərarına gəlib. 

Hadisə yerinə hətta tibb işçiləri də gəlib, onlar şagirdləri müayinə ediblər. 

Məktəbliləri ünvana çatdırmaq üçün başqa avtobus çağrılıb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh