Tələbələrlə görüş keçirilib

Gündəm 12 Dekabr 2019 10:15 Oxunub 930
Tələbələrlə görüş keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həbib Məmmədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialında tələbələrlə “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nigah və onun fəsadları” mövzularında görüş keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Rəis qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

Çıxış edən Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də belə maddələrə qurşananların sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışıb. Bütün dünya üçün təhlükə mənbəyi olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Ağcabədi rayon qadınlar şurasının sədri Radə Qafarova erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh