Polislər yaşatmaq üçün qan verdilər

Gündəm 12 Dekabr 2019 10:25 Oxunub 973
Polislər yaşatmaq üçün qan verdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. RPŞ-nin şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Keçirilən aksiyada polis əməkdaşları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar belə aksiyalara qoşulmağı səhhəti imkan verən hər bir şəxsin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh