Saatlı sakinindən narkotik götürülüb

Gündəm 12 Dekabr 2019 10:45 Oxunub 741
Saatlı sakinindən narkotik götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb

​Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh