Təhlükəsizlik kəməri haqqında

Gündəm 12 Dekabr 2019 12:00 Oxunub 8285
Təhlükəsizlik kəməri haqqında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə" 40 manat məbləğində cərimə nəzərdə tutulub

Təhlükəsizlik kəməri - qəza hadisəsi yerində və ya qəflətən dayanma zamanı sərnişini saxlamaq üçün nəzərdə tutulan (və ya digər nəqliyyat vasitələri) passiv təhlükəsizlik vasitəsidir. Təhlükəsizlik kəmərinin tətbiqi sərinişinin hərəkətsizliyini təmin edir və müvafiq olaraq nəqliyyat vasitəsinin daxili detalları ilə və ya digər sərnişinlərlə (ikinci zərbə adlandırılan) mümkün toqquşmalarının qarşısını alır, həmçinin, sərnişinin təhlükəsizlik yastığının təhlükəsiz açılmasını təmin edən mövqedə olmasına zəmanət verir. Bundan başqa, təhlükəsizlik kəmərləri qəza zamanı sərnişinin kinetik enerjisini udaraq və onun hərəkətini dayandıraraq, bir qədər uzanırlar, bununla da əyləc gücünü daha böyük bir səthə yayaraq biraz dartılırlar. Təhlükəsizlik kəmərinin dartılması, enerji udma texnologiyaları ilə - uzatma qurğularının və amortizasiyasının köməyi ilə həyata keçirilir. Həmçinin təhlükəsizlik kəmərlərinin istifadəsində qurğuların gərilməsi mümkündür.

Təhlükəsizlik kəmərləri sürücü, qabaq və arxa oturacaqlarda olan sərnişinlərin hadisə tipindən asılı olaraq 2 dəfədən (ön və yan toqquşma) 5 dəfəyədək (çevrilmə) ölüm riskini azaldır. Azərbaycanın Yol Hərəkət Qaydalarına əsasən təhlükəsizlik kəmərindən istifadə sürücü və bütün, o cümlədən arxa oturacaqda olan sərnişinlər üçün mütləqdir.

ABŞ Federal Aviasiya Administrasiyasının qiymətləndirməsinə görə təhlükəsizlik kəmərləri təyyarələrdə ölüm ehtimalını 20% və qəzalı eniş zamanı sərnişinlərin ciddi zədə riskini 88% azaldır.

TARİXİ

XIX əsrin əvvəllərində ingilis ixtiraçısı Corc Keyli təhlükəsizlik kəmərlərindən istifadə etməyi təklif edib. 1885-ci ildə ilk dəfə ABŞ-da bu qurğu üçün patent verilmişdir. 1903-cü ildə Luis Reno beşnöqtəli təhlükəsizlik kəmərini ixtira etdi. 1909-cu ildə İngiltərədə böyük diametrli yay(spiral) və boyun qayışılarından ibarət təhlükəsizlik qurğusu icad edilmişdir. Qurğunun təyinatı sərnişini avtomobilin oturacağında saxlamaq idi. 1913-cü ildə aviasiya tarixində ilk dəfə olaraq kəməri Adolf Pequ tətbiq edib, lakin 1930-cu illərə qədər kəmərlər təyyarələrdə istifadə olunmamışdır. 1920-ci illərin əvvəllərində təhlükəsizlik kəmərlərindən avtoyürüşçülər istifadə etməyə başlayıb. Amma o vaxtlar mövcud olan təhlükəsizlik kəmərləri gündəlik istifadə üçün rahat deyildilər, ona görə də onların seriyalı avtomobillərdə istifadəsi geniş yayılmamışdır.

1950-ci illərin sonunda əvvəllər aviasiya sənayesində işləmiş, isveçin Volvo şirkətinin təhlükəsizlik üzrə mühəndisi Nils Bolin, üçnöqtəli təhlükəsizlik kəmərini hazırladı. Bir illik testlərdən sonra Bolin müəyyən etdi ki, sərnişini oturacaqda ən yaxşı çiyindən bud nahiyyəsinə doğru çəkilmiş kəmər saxlayır, hansı ki, həm də bir əl ilə bağlamaq olur. Volvo yeni kəməri 1959-cu ildə təqdim etdi.

1957-ci ildə İsveç təhlükəsizlik kəmərlərinin istifadəsini qanuniləşdirən dünyada ilk ölkə oldu. 1961-ci ildə isveçlilərin nümunəsini ABŞ-ın Viskonsin əyaləti davam etdi, 1 aprel 1970-ci ildən isə Fransa hökuməti, yeni avtomobillərin ön oturacağına təhlükəsizlik kəmərlərini quraşdırmağa avtomobil istehsalçılarını məcbur etdi. Həmin il, Fil Dişi Sahili və Avstraliyanın Viktoriya ştatı təhlükəsizlik kəmərlərinin quraşdırılmasını zəruri hala gətirdilər. SSRİ-də, 1970-ci ildən etibarən, bütün yeni avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edildilər, lakin təhlükəsizlik kəmərlərinin kütləvi istehsalı yalnız 1974-cü ilin sonunda tənzimləndi. 1979-cu ildə kəmərlərin məcburi istifadəsi qanuniləşdirildi.

Zamanla təhlükəsizlik kəmərlərinin konstruksiyası təkmilləşdirildi, xüsusilə, özütənzimlənən oldular, onları yalnız ön oturacaqlara deyil, arxa oturacaqlara da quraşdırmağa başladılar.

Azərbaycan Respublikası, İXM-nin 329.1 maddəsinə əsasən "Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə" 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.

Tərcümə etdi və hazırladı: Avto Klub Azərbaycanın administrator Natiq Nazimoğlu

Gəncə şəhəri, 2018-ci il

https://www.facebook.com/groups/autoclub/permalink/2382154931813029/

ŞƏRH YAZ
Ad

E-mail

Şərh