Azərbaycanlı sürücü ukraynalını avtomobili ilə sürüdü - VİDEO

Gündəm 12 Dekabr 2019 12:10 Oxunub 808
Azərbaycanlı sürücü ukraynalını avtomobili ilə sürüdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən azərbaycanlı isə saxlanılıb

Azərbaycanlı Ukrayna vətəndaşını avtomobili ilə sürüyüb.

TCH-nın  verdiyi xəbərə görə, Vinnitsa şəhərində “Land Rover”i idarə edən 29 yaşlı azərbaycanlı “Lanos” markalı avtomobili vuraraq qaçmaq istəyib.

Bu vaxt başqa bir sürücü əlini avtomobilin pəncərəsindən içəri salaraq ona mane olmaq istəyib.

Şəxsin dediyinə görə, azərbaycanlı bu zaman şüşəni qaldıraraq qaza basıb.

Adamın əli pəncərədən asılı halda bir kilometr yol gedəndən sonra qəfil əyləcə basaraq avtomobili saxlayıb.

Özünü hadisə yerinə yetirən polis “girovu” xilas edib.

Hadisəni törədən azərbaycanlı isə saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh