Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

Gündəm 12 Dekabr 2019 12:20 Oxunub 755
Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”

Bu gündən etibarən Məşhəd-Bakı sərnişin aviareysi üzrə birbaşa uşuşların yerinə yetirilməsinə başlanılıb.

İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.

“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh