Avtosfer.az | Reklam
Sürücülər arasında parketmə davası: biri polislərə atəş açdı - FOTO
Avtosfer Foto 12 Dekabr 2019 18:45 341 dəfə oxunub
Sürücülər arasında parketmə davası: biri polislərə atəş açdı - FOTO
Hazırda cinayətkarın axtarışlarına başlanılıb

Ukraynada sürücü yol patrul xidmətinin avtomobilinə silahdan atəş açıb. Avtosfer.az xəbər verir insident Kiyevin Yaqotine şəhərində qeydə alınıb.

Məlumata görə, naməlum şəxs avtomobilini düzgün park etməyib, bununla da digər avtomobillərin hərəkətinə maneə yaradıb. Buna görə də başqa bir sürücü ilə aralarında mübahisə başlayıb. Mübahisə böyüyərək davaya çevrilib və bu əsnada hadisə yerinə polis əməkdaşları gəlib. Bundan sonra naməlum şəxs tüfəngdən polis əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçaraq gizlənib. Atəş nəticəsində xəsarət alan olmasa da polis avtomobillərinə ziyan dəyib.

Hazırda cinayətkarın axtarışlarına başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh