Sərxoş universitet tələbəsi avtomobili dayanacağa çırpdı: 3 nəfər hadisə yerində öldü - FOTO

Avtosfer Foto 12 Dekabr 2019 22:30 Oxunub 1855
Sərxoş universitet tələbəsi avtomobili dayanacağa çırpdı: 3 nəfər hadisə yerində öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Uşaq vilayətində avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında D-300 avtomagistralında qeydə alınıb.

Məlumata görə, universitet tələbəsi olduğu müəyyən edilən 18 yaşlı İ.U.Y-nın idarə etdiyi 59 HD 971 qeydiyyat nömrə nişanlı minik avtomobillə, naməlum səbəblərdən idarəetməni itirərək sərnişinlər olan avtobus dayanacağına çırpılıb.

Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Nəticədə dayanacaqda gözləyən Zəfər Qaraqaya, Xəlil Doğan və Ramazan Tokuç hadisə yerində dünyalarını dəyişiblər.

Sərxoş olduğu iddia edilən sürücü, polis əməkdaşları tərəfindən yaxalanaraq bölməyə aparılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh