Bakıda yarıçılpaq gənclər bıçaq götürüb insanlara hücum etdi - FOTO

Gündəm 13 Dekabr 2019 00:45 Oxunub 3208
Bakıda yarıçılpaq gənclər bıçaq götürüb insanlara hücum etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları həmin şəxsləri saxlayıb

Səbail rayonunda bıçaqlı 2 nəfər insanlara hücum edib. Hadisə Nizami küçəsində baş verib. Belə ki, 2 nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edib. Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstəriblər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. 2 nəfər onları sakitləşdirməyə çalışan asayiş keşiçkilərinə də hücum etmək istəyib. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetiriblər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh