Piyada keçidi yoxdur, insanlar magistral yolun ortasında "gəzir" - VİDEO

Avtosfer TV 13 Dekabr 2019 11:15 Oxunub 2317
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalar hər dəfə belə peşakar sürücü ilə qarşılaşmaya da bilər

Bakının ən çox hərəkət olan magistral yollarından biri də Buzovna - Bilgəh  yoludur. Təssüf ki, piyadavurmaların payı bu yolda da az deyil. Səbəb isə olduqda sadədir. Yolda piyada keçidi demək olar ki, yoxdur. 10 km-lik yolda cəmi bir piyada keçidi var. Biri isə neçə ildir ki, tikilir. İnsanlar bu yolu təhlükə ilə keçməyə məcburdurlar. Təbii ki, bu vəziyyətdə piyadavurmaların sayı da artır. Maraqlıdır ki, qanunvericiliklə ən çox 300 metrdən bir piyada keçidi olması nəzərdə tutulsa da bu yol bizim qanunlarla "işləmir".

Yəqin ki, aidiyyəti qurumlar bu barədə bir daha düşünərlər. Avtosfer.az-ın təqdim etdiyi videoda yolu keçək yaşlı kişi sürücünün son anda peşakar davranması nəticəsində qəzadan xilas olur. Amma hər dəfə belə peşakar sürücü ilə qarşılaşmaya da bilər.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh