Sərnişin avtobusu benzindaşıyan maşınla toqquşdu: azı 15 ölü

Qəzalar 13 Dekabr 2019 13:50 Oxunub 1269
Sərnişin avtobusu benzindaşıyan maşınla toqquşdu: azı 15 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanaraq yol kənarına aşıb

Pakistanda sərnişin avtobusunun və benzindaşıyan maşının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Killa-Sayfulla kəndi yaxınlığında qeydə alınıb. Bu barədə dekabrın 13-də “The Express Tribune” nəşri məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində azı 15 nəfər ölüb. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi yanaraq yol kənarına aşıb. Hadisə yerinə yanğınsöndürmə, polis və səhiyyə briqadaları cəlb edilib. Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh