Çoxmərtəbəli binada partlayış baş verdi: azı 25 nəfər xəsarət alıb

Gündəm 13 Dekabr 2019 14:05 Oxunub 869
Çoxmərtəbəli binada partlayış baş verdi: azı 25 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində ölənlərin olduğu da bildirilir, onların sayı dəqiqləşdirilir

Almaniyada çoxmərtəbəli binada partlayış baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Blankenburq şəhərində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində azı 25 nəfər ağır xəsarətlər alıb. Ölənlərin olduğu da bildirilir, onların sayı dəqiqləşdirilir.

İnsident yerinə hüquq-mühafizə orqanları və xilasetmə briqadaları cəlb edilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh