Şagirdlərə sağlam həyat tərzinin vacibliyi aşılanıb

Gündəm 13 Dekabr 2019 16:30 Oxunub 950
Şagirdlərə sağlam həyat tərzinin vacibliyi aşılanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağcabədi rayonunda yerləşən 1 saylı Xocavənd kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında tədbir keçirilib.

Tədbirdə çıxış edən Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu bildirib. X. Mirhüseynov narkomaniyaya qarşı aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Sonra tədbirdə çıxış edənlər erkən nikahın fəsadları barəsində gənclərə tövsiyələr veriblər. Əvvəllər belə hallara daha çox rast gəldiklərini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildiriblər.

Dini radikalizmdən söz açan qonaqlar dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat veriblər. Bildiriblər ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh