Məktəblilərin olduğu mikroavtobus “Qazel”lə toqquşdu: 5-i uşaq, 6 yaralı - FOTO

Qəzalar 13 Dekabr 2019 20:30 Oxunub 2327
Məktəblilərin olduğu mikroavtobus “Qazel”lə toqquşdu: 5-i uşaq, 6 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb

Rusiyanın Penza əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün günorta saatlarında Çemodanovka – Vasilevka trasının 8-ci kilometrliyinin Bessonovskiy rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, aşağı sinif şagirdlərin olduğu “Qazel” markalı mikroavtobus, “Qazel” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 5-i uşaq, 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, mikroavtobusda 10-nu uşaq olmaqla, 12 nəfər olub.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh