“Zebra”da ana və oğlunu avtomobil vurdu: uşaq sürücüyə belə qəzəbləndi - VİDEO

Avtosfer TV 13 Dekabr 2019 20:35 Oxunub 8548
“Zebra”da ana və oğlunu avtomobil vurdu: uşaq sürücüyə belə qəzəbləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra sürücü qadını xəstəxanaya aparıb

Çində ana və uşağın avtomobillə vurulma anları təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Çunçin əyalətinin Dadukou rayonunda qeydə alınıb.

Kadrlarda, ananın yanında olan oğlu ilə piyada keçidindən keçmək istədiyi və bu anda “Nissan” markalı avtomobilin onları vurduğu görülür. Zərbənin təsirindən onlar yerə yıxılır. Bundan sonra uşaq ağlayaraq anasının vəziyyəti ilə maraqlanır, ardınca isə qəzəblənərək “Nissan”ın ön hissəsinə təpik vuraraq sürücüyə etirazını bildirir. Sürücü aşağı enərək qadını xəstəxanaya aparmaq üçün avtomobilinə mindirir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh