Dayanacaqda sərnişin götürən avtobusa TIR çırpıldı: 11 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 13 Dekabr 2019 23:22 Oxunub 4685
Dayanacaqda sərnişin götürən avtobusa TIR çırpıldı: 11 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb

Türkiyənin Kayseri əyalətində sərnişin avtobusunun və TIR-ın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Osman Kavuncu bulvarı ərazisində qeydə alınıb.

Əldə edilən məlumata görə, dayanacaqda sərnişin götürən 38 FZ 501 qeydiyyat nömrə nişanlı marşurut avtobusuna, 38 D 6544 qeydiyyat nömrə nişanlı TIR arxadan çırpılıb.

Zərbənin şiddətindən avtobusun sol arxa, yük maşınının kabinəsinin sağ hissəsi əzilib.

Nəticədə 11 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən tibb məntəqələrinə çatdırılıblar.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

TIR, belediye otobüsüne çarptı: 11 yaralı

TIR, belediye otobüsüne çarptı: 11 yaralı

TIR, belediye otobüsüne çarptı: 11 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh