Bakıda 3 avtomobil toqquşub - VİDEO - FOTO

Qəzalar 14 Dekabr 2019 09:15 Oxunub 1127
Bakıda 3 avtomobil toqquşub - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” Cəfərov Azər Azad oğlunun idarə etdiyi “Kia” markalı nəqliyyat vasitəsinə dəyib

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, Əliyev Rəşad Musa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən avtomobildə nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini yol kənarında saxlayıb.

Daha sonra arxadan gələn və Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil digər “Mercedes”ə çırpılıb. Zərbənin gücündən “Mercedes” Cəfərov Azər Azad oğlunun idarə etdiyi “Kia” markalı nəqliyyat vasitəsinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə baş verən yolda tıxac yaranıb.

YPX əməkdaşları yolda tənzimləmə işləri aparıb. Hadisənin təfərrüatı araşdırılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh