Sürücülük vəsiqəsinin yaranma tarixi - İlk vəsiqə necə olub?

Yazarlar 14 Dekabr 2019 11:10 Oxunub 4118
Sürücülük vəsiqəsinin yaranma tarixi - İlk vəsiqə necə olub?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zaman keçdikcə sürücülük vəsiqələri üçün xəbərdarlıq kuponları tətbiq olundu və ləğv edildi

Sürücülük vəsiqəsi - müvafiq nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.
Sürücülük vəsiqəsinin verilməsi milli qanunlar və beynəlxalq müqavilələrlə tənzimlənir. Əsas şərtlər namizədlərin yaş məhdudiyyətlərinə (həm minimum, həm də maksimum) və sağlamlıq vəziyyətinə uyğun olması, habelə səlahiyyətli orqanlarda (Azərbaycanda - DİN-in DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsi(yaşadığı yer üzrə)) xüsusi imtahandan (nəzəri və/və ya praktik) keçməsidir.
Bəzi ölkələrdə peşəkar sürücülərdən (məs. uzaq məsafə qət edən) əlavə olaraq iş fəaliyyətini yerinə yetirmək üçün xüsusi icazə tələb olunur. Bəzi avtoidman yarışlarında iştirak etmək idmançıların xüsusi lisenziyalar almasına nəzər yetirilir(məsələn, "Formula 1"-də super lisenziya).
TARİXİ
Karl Bentsin "Motorwagen"i səs-küylü və dumanlı idi. 1888-ci ildə vətəndaşların şikayətlərinə görə Baden Hersoqluğu səlahiyyətliləri, onun mükəmməl olmayan nəqliyyat vasitəsini ictimai yollarda istifadə etməsinə yazılı icazə verdilər. Ancaq bu icazə hələ sürücülük vəsiqəsi hesab edilmirdi.
Dünyadakı ilk sürücülük vəsiqəsi, 14 avqust 1893-cü ildə Paris polisinin prefekteri Lui Lepin tərəfindən indiyə qədər bilinməyən fransız avtomobilistinə təqdim olunan "mexaniki mühərrikli nəqliyyat vasitəsi idarə etmə şəhadətnaməsi" idi.
Həmin vaxtlar bu cür arayışlar heç bir imtahansız təqdim edilirdi. Onları almaq üçün namizəd yalnız öz avtomobilini idarə etmək qabiliyyətini nümayiş edirdi.
Məcburi imtahan ilk dəfə 1899-cu ildə Çikaqoda tətbiq olundu. İngiltərədə bənzər bir imtahan yalnız 1934-cü ildə tətbiq olundu.
İlk rus sürücü 1900-cü ildə avtomobili idarə etmək üçün vəsiqə aldı. Sənəd Sankt-Peterburq merinin "Avtomobildə sərnişin daşınması qaydası haqqında" qərarı ilə təqdim edildi.
İTAR-TASS-ın verdiyi məlumata görə, inqilabdan əvvəlki vəsiqələrdə sahibləri və fotoşəkili haqqında məlumatlar var idi. Onları əldə etmək üçün onsuz da imtahan vermək lazım idi və təkcə maşın sürmə qabiliyyəti deyil, həm də şəhər coğrafiyası bilikləri sınaqdan keçirilirdi.
1909-cu ildə Rusiya beynəlxalq "Avtomobillərin hərəkəti haqqında Konvensiya" ya qoşuldu və ölkədə xaricdə qəbul edilmiş sürücülük sənədinin forması tətbiq olundu.
1923-cü ildə Xalq Komissarları Şurası üç kateqoriyaya sahib olan yeni "Heyətə nəzarət etmək hüququ üçün Şəhadətnamə" təsdiqlədi. Onlardan ən yüksəki, ən azı 6 il sürücülük təcrübəsi, həmçinin avtomobil təmir etmək qabiliyyətini nəzərdə tuturdu. Yeni sənədlər yerli rəhbərlik tərəfindən verilirdi və müxtəlif formalara malik idi. Bu müəyyən bir narahatlıq gətirdi: Petroqradda (Leninqrad) verilmiş vəsiqələr, məsələn, Moskvada tanınmadı.
Yalnız 1936-cı ildə daxili işlər orqanları "vəsiqə" verməyə başladılar və onlar vahid bir forma, yeni - "sürücülük vəsiqəsi" adını əldə etdilər. 1963-cü ildə SSRİ Yol Hərəkəti haqqında Cenevrə Konvensiyasına qoşuldu və ölkədə beynəlxalq sürücülük vəsiqəsi meydana çıxdı. 70-ci illərdən bəri hər biri müəyyən nəqliyyat vasitələrini idarə etmək hüququnu ifadə edən beş kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur.
Zaman keçdikcə sürücülük vəsiqələri üçün xəbərdarlıq kuponları tətbiq olundu və ləğv edildi. Onlar ikili funksiyanı yerinə yetirdilər: qanun pozuntularına görə yığılmış bal hesabatı və əsasını ləğv edərkən müvəqqəti sürücülük vəsiqəsinin rolu (pasport və ya digər şəxsiyyət vəsiqəsi tələb olunurdu). Sürücülük vəsiqəsi ilə birlikdə ayrıca bir kitabça şəklində verilmiş talonda yol hərəkəti qaydalarının 8 növ kobud pozuntusu göstərilmişdir, bunlardan hər hansı birinin edilməsinə görə xəbərdarlıq işarəsi edilirdi. İşarələmə, biletin müvafiq nömrələnmiş sektoruna vurmaqla edildi.
Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Tərcümə etdi: Avto Klub Azərbaycanın baş administrator Natiq Nazimoğlu
QEYD: təəssüflər olsun ki, sürücülük vəsiqəsinin Azərbaycanla bağlı heç bir tarixi məlumat əldə edə bilmədim

https://www.facebook.com/groups/autoclub/permalink/2962509347110915/

ŞƏRH YAZ
Ad

E-mail

Şərh