Bakıda ana və qızı qətlə yetirilib

Gündəm 14 Dekabr 2019 12:45 Oxunub 956
Bakıda ana və qızı qətlə yetirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb. Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.  Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh